Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1-in növbəti mövsümündə “Ferrari” komandasında Raykkoneni Lekler əvəz edəcək

news photo

12.09.2018 15:43 // Formula 1

Formula 1 çempionatının növbəti mövsümündə Moneqask Şarl Lekler “Ferrari” komandasında finlandiyalı Kimi Raykkoneni əvəz edəcək.

Youthportal.az xəbər verir ki, bu məlumatı italyan kollektivinin mətbuat xidməti yayıb. Bundan əvvəl Raykkonenin növbəti mövsümdə “Zauber” komandasında çıxış edəcəyi bildirilib.

“Ferrari”nin 20 yaşlı Leklerlə müqaviləsi bir mövsüm müddətinə imzalanıb. Moneqask dördqat dünya çempionu, almaniyalı Sebastyan Fettelin tərəfdaşı olacaq.

Lekler Formula 1 yarışlarında hazırkı mövsümə “Zauber” komandasında başlayıb. Hesabında 13 xal olan pilot 14 mərhələdən sonra 15-ci yeri tutur. O, 2016-cı ildə GP3 seriyası üzrə çempion, 2017-ci ildə isə Formula 2 çempionatının qalibi olub.

Otuz səkkiz yaşlı Raykkonen isə Formula 1-də 16-cı mövsümünü keçirir. Finlandiyalı pilot 2007-ci ildə “Ferrari”nin tərkibində Formula 1 çempionu olub. Raykkonenin ümumi hesabında 284 yarışda 20 qələbə, 18 əlverişli mövqe, 46 sürətli dairə və podiumda 100 finiş var.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi