Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondunun əməkdaşları Şəmkirdəki gənclər təşkilatları ilə görüşüblər (FOTO)

news photo

12.09.2018 11:43 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondu (AZGF) tərəfindən Şəmkirdə Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin iştirakı ilə Azərbaycanın regionlarında fəaliyyət göstərən gənclər təşkilatlarının növbəti toplantısı keçirilib.

AZGF-dən Youthportal.az-a bildiriblər ki, #BİRLİKDƏ şüarı adı altında keçirilən görüş çərçivəsində Gənclər Fondunun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun 11-ci qrant müsabiqəsi barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Fondun Nizamnaməsi çərçivəsində Gənclər Fondunun fəaliyyət istiqamətləri və vəzifələri haqqında məlumat verilib.

Sonra gənclər təşkilatları ilə onların regionlardakı fəaliyyətləri, qarşılaşdıqları problemlər və həmin problemlərin həlli yolları təhlil edilib və təkliflər formalaşdırılıb.

Eyni zamanda, toplantı çərçivəsində rayondakı gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və effektiv kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar keçirilib.

Qeyd olunub ki, fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarət olan Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə təklifləri bu il sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsilə qəbul olunacaq.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi