Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ferrari” Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır

news photo

07.09.2018 15:25 // Formula 1

İtaliyanın “Ferrari” komandası Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır.

Youthportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, bu gün yeni mövsüm üçün namizədləri gözdən keçirəcək rəhbərlik 38 yaşlı finlandiyalı pilotla müqaviləni uzatmaq niyyətində deyil.

2019-cu il mövsümündə Sebastyan Fettelin başqa bir komanda yoldaşı olacağı bildirilir. Raykkoneni əvəzləməyə ən real namizəd kimi İsveçrənin “Sauber” komandasının pilotu Şarl Lekler göstərilir.

Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Fettel isə 226 xalla 2-c yerdədir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi