Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı rejissor beynəlxalq kinofestivalın münsiflər heyətində yer alıb

news photo

05.09.2018 15:27 // Cəmiyyət

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIV Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçirilir.

Youthportal.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, sentyabrın 10-dək davam edəcək festivala rekord sayda - 56 ölkədən 967 ərizə göndərilib. Müsabiqə proqramına 65 film daxildir: “Tammetrajlı oyun filmləri”, “Qısametrajlı oyun filmləri”, “Tammetrajlı sənədli filmləri”, “Qısametrajlı sənədli filmləri”, “Gənc Rusiya” nominasiyaları üzrə 10 film, “Milli müsabiqə” nominasiyası üzrə isə 15 film təqdim olunub.

Festivalın münsiflər heyətinin rəhbəri türkmənistanlı aktrisa, SSRİ Xalq artisti Maya Aymedovadır. Münsiflər heyətinin tərkibinə azərbaycanlı rejissor, Xalq artisti Oqtay Mirqasımov da daxildir.

Xatırladaq ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı Tatarıstan paytaxtında 2005-ci ildən keçirilir. Festivalın devizi “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə”dir.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi