Ru
Bakı
USD
EUR
GBP
RUB

İlk Avropa Oyunlarına yaradıcı dəstək Festivalı

news photo

30.04.2015 16:00 // İdman

Youthportal.az-ın aldığı məlumata görə,Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək” layihə çərçivəsində Mingəçevir şəhərində möhtəşəm festival keçirmişdir.

Aprelin 29-da açıq havada təşkil olunan festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək vermişdirlər.

Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilmiş, gənclər arasında viktorinalar keçirilmişdir.

Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də Festivala qoşularaq, dəstəklərini əsirgəməmişlər.

Çıxış edən qonaqlar bildirmişlərdir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnmişdir. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin etmişdir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə dövlətimiz öz üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start vermişdir. Belə ki, 2013-cü ilin yanvarın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri səfərbər olaraq, dövlətin yanında olmalı və ictimai dəstəyini əsirgəməməlidir. Bunları nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi daha çox region gəncinin iştirakı ilə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına dəstək nümayiş etdirir və bütün diqqəti bu nüfuzlu tədbirə yönəldir.

Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynamışdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi