Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

news photo

20.08.2018 15:21 // High-tech

“Alcatel” şirkəti dünyanın istənilən yerindən internetə sürətli qoşulma üçün “HH40V” portativ marşrutlayıcısını təqdim edib.

Youthportal.az “4PDA” resursuna istinadla xəbər verir ki, “Qualcomm MDM9207” çipi üzərində qurulan qurğu bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını naqilli “Ethernet” qoşulması vasitəsilə istifadə etmək olar.

“Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/saniyə yükləmə sürətinə malik “4G LTE” modulu ilə təchiz edilib. Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/saniyə sürətində paylayır.

Məlumata görə, daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. “LTE” siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.

“Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 dollar təşkil edir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi