Ru
Bakı
USD
EUR
GBP
RUB

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib (FOTO)

news photo

17.08.2018 15:06 // Cəmiyyət

Gənclər və idman naziri Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.

Nazirlikdən Youthportal.az-a verilən məlumata görə, Göygöl Heydər ƏliyevMərkəzində baş tutan və ümumilikdə, 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər, əsasən,  gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi