Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)

news photo

10.08.2018 19:53 // Gənclər üçün

Qazaxıstan, İordaniya, Pakistan və İtaliya gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qalibləri ölkəmizdə səfərdədirlər. Səfərin məqsədi müsabiqənin qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaratmaqdır. 

Nazirliyin Mətbuat xidmətindən Youthportal.az-a bildiirlib ki, səfər çərçivəsində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva tədbirdə çıxış edərək 2011-ci ildən təşkil olunan müsabiqənin əhatə dairəsinin ildən-ilə genişləndiyini bildirib. Qeyd edib ki, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilən esse yazı müsabiqələri 2018-ci ildə Qazaxıstan, İordaniya, Pakistan və İtaliyanın gəncləri arasında təşkil olunub. Müsabiqələrdə “Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili, adətləri və dini”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycan və digər ölkələr: tarixi əlaqələr” tematik mövzuları üzrə esselər yazılıb. Diqqətə çatdırılıb ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlılığı artırmaqdır. 

Sonda müsabiqənin qalibləri Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılıblar. 

Avqustun 20-dək davam edəcək səfər çərçivəsində qaliblər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində olacaqlar. Qonaqlar səfər çərçivəsində eyni zamanda, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji-Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Xalçaçılıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində, Quba və Qusar rayonlarında və s. yerlərdə olacaq, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olacaqlar.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi