Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

news photo

10.08.2018 16:12 // Təhsil

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq haqqında saziş imzalanıb

DİM-dən Youthportal.az-a bildirilib ki, sənədin imzalanmasında məqsəd ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılması istiqamətində birgə fəaliyyətin təşkili və maarifləndirici layihələrin həyata keçirilməsidir. Sazişdə orta, ali, texniki-peşə təhsili müəssisələrində gənclərin maarifləndirilməsinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsinin, şəxsiyyət kimi formalaşmasının təmin edilməsi istiqamətində mühazirə və təlimlərin keçirilməsi, abituriyentlərin müxtəlif fənlər üzrə hazırlığının təşkili, onların qabiliyyət imtahanlarına hazırlaşdırılması ilə bağlı təlim kurslarının reallaşdırılması kimi məsələlər nəzərdə tutulub.

Sənədin imzalanma mərasimində DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Tədbirdə tərəflərin məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada, həmçinin xarici ölkələrdə həyata keçirilən maarifləndirici tədbirlərdə, o cümlədən elm, təhsil layihələrində, konfranslar, seminarlar, “dəyirmi masa”lar və təlimlərdə hər iki qurumun əməkdaşları, ekspertləri və tədqiqatçılarının iştirakına şərait yaradılması, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlərin rəğbətləndirilməsi, DİM-in araşdırmaları əsasında müəyyənləşən ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılması və müəllimlərin simpoziumlarının təşkili ilə bağlı birgə fəaliyyət barədə razılığa gəlinib.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi