Ru
Bakı
USD
EUR
GBP
RUB

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başa çatmasına üç gün qalıb

news photo

10.08.2018 13:16 // Təhsil

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə başlayan ixtisas seçimi avqustun 13-ü saat 23:59-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə elektron formada aparılır. Bu prosesi həftənin istənilən günü, günün istənilən vaxtı həyata keçirmək mümkündür. İxtisas seçmək sadə bir prosesdir. Hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Dövlət İmtahan Mərkəzindən (DİM) Youthportal.az-a bildirilib ki, müsabiqəyə I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 8164 abituriyent buraxılıb. Avqustun 10-u saat 11:30-a olan məlumata əsasən, I qrup üzrə 12709, II qrup üzrə 9531, III qrup üzrə 10792, IV qrup üzrə 3195, V qrup üzrə isə 3112 abituriyent ixtisas seçimi edərək ərizəsini təsdiqləyib. Bütün ixtisas qrupları üzrə 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib.

DİM qeyd olunan vaxtadək abituriyentlərə ixtisas seçimi ərizələrini təsdiqləməyi tövsiyə edir. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi