Ru
Bakı
USD
EUR
GBP
RUB

Yay məktəbinin ikinci mərhələsi davam edir

news photo

10.08.2018 12:50 // Gənclər üçün

Paytaxtın ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsi davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildiriblər ki, VII-VIII sinif şagirdləri üçün təşkil olunan yay məktəbi paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 12 məktəbi əhatə edir.

Yay məktəbində 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

Yay məktəbinin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.

“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakıdakı 32 ümumtəhsil müəssisəsini əhatə edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi