Ru
Bakı
USD
EUR
GBP
RUB

“İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyadan keçib

news photo

10.08.2018 09:54 // Gənclər üçün

“İrəli” İctimai Birliyi Avropa Komissiyasının “Avropa Könüllülük Xidməti” (European Volunteering Service - EVS) proqramı üzrə 2020-ci ilin sonunadək ikitərəfli (göndərən və qəbul edən) təşkilat kimi akkreditasiyadan keçib.

İctimai Birlikdən Youthportal.az-a bildiriblər ki, “Erasmus+” proqramının nəzdində olan EVS ilə bağlı akkreditasiyanın yenilənməsi və səviyyəsinin artırılması üçün “İrəli”nin müraciətinin sonuncu mərhələsinə dair EVS-nin təmsilçisi Maya Selan ilə görüş keçirilib. Görüşdə təşkilatın fəaliyyəti və planlaşdırılan layihələr haqqında təqdimat olub. Həmçinin “Avropa Könüllülük Xidməti” üçün tələb olunan şərtlər və potensial müraciətlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr nəticəsində “İrəli” İctimai Birliyi “Avropa Komissiyasının Xidməti” EVS proqramı üzrə 2020-ci ilin sonunadək ikitərəfli (göndərən və qəbul edən) təşkilat kimi akkreditasiyadan keçib.

Bu akkreditasiya, həmçinin yeni təşəbbüs olan Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) üçün də keçərlidir. Yaxın zamanda hər iki platformada əməkdaşlığın gücləndirilməsi və yerli gənclərin məlumatlandırılması üçün bir sıra tədbirlər keçiriləcək.

“Avropa Könüllülük Xidməti” “Erasmus+” proqramının əsas istiqamətlərindən biridir. EVS gənclərin Avropa ölkələrində müxtəlif layihələrdə könüllü fəaliyyət göstərməsinə, həmçinin onların özünü inkişaf etdirməsinə xidmət edir. EVS azərbaycanlı gənclərə təcrübə, dil biliklərinin inkişafı, başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq, həmçinin ölkəmizə gələcək əcnəbi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaq imkanı qazandırır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi