Ru
Bakı
USD
EUR
GBP
RUB

Anna Netrebko və Yusif Eyvazov Buenos-Ayresdə konsert proqramı ilə çıxış edəcəklər

news photo

10.08.2018 15:13 // Cəmiyyət

Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 12-də və 15-də Buenos-Ayresdə Kolon Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Youthportal.az teatrın saytına istinadla a xəbər verir ki, konsertdə C.Verdi, R.Leonkavallo, Cakomo Puççini və P.Maskanyinin əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi