Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azerspace-2” peyki orbitə buraxılması üçün Kuru kosmodromuna gətirilib

news photo

09.08.2018 14:44 // Cəmiyyət

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

“Azərkosmos” ASC-dən Youthportal.az-a verilən məlumata görə, peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi