Ru
Bakı
USD
EUR
GBP
RUB

“Oskar” mükafatında yeni nominasiya

news photo

09.08.2018 14:29 // Dünyada

ABŞ Kino Akademiyasının İdarə heyəti “ən yaxşı populyar kino” nominasiyasında “Oskar” mükafatı təqdim edilməsi barədə qərar qəbul edib.

Youthportal.az xəbər verir ki, bu barədə Kino Akademiyası rəhbərlərinin üzvlərə ünvanlanan məktubunda deyilir.

Onlar yeni nominasiyada seçim kriteriyalarını dəqiqləşdirməyiblər və bunun bir qədər sonra baş tutacağını bildiriblər.

Məktubda həmçinin qeyd olunur ki, “Oskar”ın elə də populyar olmayan nominasiyalar üzrə mükafatlandırma mərasimi TV ilə nümayiş olunmayacaq.

Həmçinin bildirilir ki, 92-ci mükafatlandırma mərasimi daha öncə müəyyən edildiyi kimi 2020-ci il fevralın 23-də deyil, fevralın 9-da baş tutacaq.

Eyni zamanda 2019-cu ilin mükafatlandırılma mərasiminin tarixində heç bir dəyişiklik edilməyib və tədbir fevralın 23-də Los-Ancelesdə baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi