Ru
Bakı
USD
EUR
GBP
RUB

Google Pixel 3 XL smartfonu Geekbench testindən keçdi

news photo

07.08.2018 15:28 // High-tech

Google şirkətindən olan yeni Pixel modellərinin təqdimatına 2 ay vaxt qalıb. Lakin artıq indidən Pixel 3 XL modeli Geekbench testindən keçib.

Youthportal.az xəbər verir ki, bir çox istehsalçılar 8 GB RAM-a sahib smartfonlar istehsal edərək öz diqqətlərini 10 GB RAM-lıq göstəricilərə ayırdıqları bir vaxtda Google şirkəti yeni model Pixel smartfonu üçün 4 GB RAM-ın bəs edəcəyini düşünür. Belə ki, Geekbench testində məhz 4 GB RAM-a sahib Pixel 3 XL modeli əks olunub. Bununla yanaşı smartfon Snapdragon 845 prosessoru ilə təchiz olunub. Beləliklə smartfon birnüvəli testdə 2423 xal, çoxnüvəli testdə isə 8359 xal toplayıb. Google Pixel 3 XL Android 9 əməliyyat sistemi əsasında çalışır. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pixel 3 XL modeli, üzərində çıxıntı hissəyə sahib böyük ekran və şüşədən hazırlanmış korpus ilə təchiz olunacaq. Gözlənildiyi kimi yeni Pixel modellərinin təqdimatı bu ilin Oktyabr ayında baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi