Ru
Bakı
USD
EUR
GBP
RUB

Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək

news photo

06.08.2018 12:50 // Siyasət

Avqustun 12-də Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq. Görüşlərdə valideynləri maraqlandıran məsələlər müzakirə olunacaq.

Həmçinin hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi