Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Qazaxıstanda xilasetmə xidmətləri üzrə təlimlərdə iştirak edəcək

news photo

01.08.2018 12:09 // Siyasət

Qazaxıstanın Mangistau vilayətində avqustun 2-3-də Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin beynəlxalq təlimləri - "TENIZ-2018" keçiriləcək.

Youthportal.az Report-a istinadla xəbər verir ki, istinadən xəbər verir ki, təlimlərdə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin əməkdaşları iştirak edəcəklər.

Təlimlərin məqsədi Xəzər dənizi akvatoriyasında və sərhədyanı ərazilərdə fövqəladə hallar baş verdikdə Xəzəryanı dövlətlərin xilasetmə xidmətləri arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin təkmilləşdirilməsi, onların birgə fəaliyyəti ilə güc və vəsaitlərin istifadəsinin səmərəliliyinin artırılmasıdır.

Xəzəryanı dövlətlərin xilasetmə bölmələri fövqəladə vəziyyətlərin həll edilməsi, dənizdə batan şəxslərin axtarışı və xilası, xüsusi xilasetmə texnologiyalarından istifadə etməklə onların gəminin göyərtəsinə çıxarılması, xəsarət alanlara ilkin yardımın göstərilməsi üzrə hərəkətləri təkmilləşdirəcək.

Ümumilikdə, təlimlərə 500-dən çox şəxsi heyət və 75 ədəd xüsusi texnika, o cümlədən "Be-200" təyyarəsi, 6 helikopter, 4 gəmi, 7 xilasetmə qayığı cəlb olunacaq. 

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi