Ru
Bakı
USD
EUR
GBP
RUB

ATGTİ-nin birinci yarım ildə gördüyü işlər (MÜSAHİBƏ)

news photo

20.07.2018 12:57 // Gənclər üçün

Bu il biz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) olaraq bir çox layihələr həyata keçirmişik. Ən böyük layihələrimizdən biri Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə təşkil olunan ““Youthvision 2018”” III beynəlxalq mahnı müsabiqəsi idi. 23 ölkənin təmsilçilərinin iştirak etdiyi müsabiqədə -birinci yeri Uqanda, ikinci Moldova, üçüncü yeri Belarus və Serbiya təmsilçiləri tutdular. 

Bunu Youthportal.az-a müsahibəsində ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev deyib.

Böyük layihələrdən digəri isə “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalıdır. Hansı ki, Gənclər və İdman nazirliyinin və ATGTİ-nin təşkilatçılığı ilə keçirilmişdir. 

“Azərbaycan Tələbə Kartı” yeni şirkətlərlə müqavilələr imzaladı, birinci kurs tələbələrinə təqdim olundu və minlərlə tələbə kart sahibi oldu . 

“Səyyar kitabxana” Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oxucuların istifadəsinə verildi. Bu böyük layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliəyə marağının artırılması, kitabın təbliğatı və sair bu kimi vacib nüanslardır.

Bu il həmçinin “X Qış liderlik məktəbi” layihəsi Mingəçevir şəhərində keçirildi. Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ- nin təşkilatçılığı ilə keçirilən düşərgə “Yubiley – Liderlik məktəbi” adı altında həyata keçirildi. Digər uğurlu və ən böyük layihlərimizdən biri , Gənclər və İdman nazirliyinin dəstəyi ilə  keçirilən “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda silsilə tədbirlər idi. Bu silsilə tədbirlər 15-ə yaxın təhsil müəssisəsində baş tutdu. Gənclər və İdman nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “ Sağlam həyat tərzinin təbliği” mözvusunda Binəqədi , Suraxanı, Sabunçu və Xəzər Gənclər evlərində təlimlər həyata keçirilmişdir. 

Gənclər və İdman nazirliyinin dəstəyi, Virtual Qarabağ İKT mərkəzinin və ATGTİ- nin birgə təşkilatçılığı ilə vətənpərlik hisslərinin aşılanması məqsədlə “Hər şey vətən üçün, hər şey Qarabağ üçün” devizi altında bir çox dəyirmi masalar, vətənpərvərlik mövzularında tədbirlər təşkil edilmişdir. Vətənpərvərlik mövzularında keçirilən tədbirlər çərçivəsində bir çox aprel döyüşçüləri, qazilər, vetranlar ilə gənclərin görüşü təşkil olunmuşdur. Nizami kino mərkəzində Gənclər və İdman nazirliyin dəstəyi ilə 26 iyun- silahlı qüvvələr günü münasibətilə rəsm sərgisi təşkil olunmuşdur. Bu il həmçinin AXC-nin 100 illiyinə həsr olunmuş bir çox idman yarışları keçirilmişdir. Bura şahmat, stolüstü tenis ,atıcılıq və digər idman növlərinə aid yarışlar daxildir. Bakı Regional məkəzinin və ATGTİ- nin birgə təşkilatdçılığı ilə gənclər arasında Fövqəlada biliklərin artırılmasılə bağlı ali təhsil müəssisələrində seminarlar təşkil olunmuşdur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi