Ru
Bakı
USD
EUR
GBP
RUB

Qərbi Kaspi Universitetində məktəblilərə mühəndislik ixtisasları barədə məlumat verilib (FOTO)

news photo

16.07.2018 12:58 // Təhsil

Qərbi Kaspi Universitetində gənclərin və məktəblilərin yay mühəndislik forumu keçirilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, tədbir müasir əmək bazarında daha çox tələb olunan mühəndislik ixtisaslarına məktəblilər arasında marağın artırılması, bu sahənin təbliği məqsədilə təşkil edilib.

Forumda məlumat verilib ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb və ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Burada orta məktəb şagirdləri müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edilir, eləcə də onların bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün tədbirlər həyata keçirilir. Bu da məktəblilərin mühəndislik sahələrinə maraqlarını artırır,

Forumda mühəndislik ixtisasları barədə məlumat verilib, peşəkar mühəndislərin sənayenin, iqtisadiyyatın inkişafındakı rolu şərh edilib.

Daha sonra bu günlərdə məktəblilər arasında keçirilmiş LEGO və robototexnika olimpiadasının qalibləri mükafatlandırılıb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi