Ru
Bakı
USD
EUR
GBP
RUB

Pakistanlı professor: UNEC-lə əməkdaşlıq etməkdə maraqlıyıq

news photo

16.07.2018 13:49 // Təhsil

Pakistanın Malakand Universitetinin rektoru, professor Gül Zaman Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən Youthportal.az-a bildirilib ki, görüşdə rektor Ədalət Muradov pakistanlı qonağa universitetin beynəlxalq əlaqələri, mübadilə və ikili diplom proqramları, tədris prosesi haqqında ətraflı məlumat verib.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində olmaqdan məmnunluğunu ifadə edən professor G.Zaman UNEC-lə əməkdaşlığa önəm verdiyini bildirib.

Görüşdə hər iki universitet arasında tələbə-müəllim mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi