Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “İtaliya və Brazilyanın multikulturalizm modelləri” adlı tədbir keçirilib (FOTO)

news photo

16.07.2018 11:57 // Təhsil

İyulun 13-də Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında “İtaliya və Brazilyanın multikulturalizm modelləri” adlı tədbir keçirilib. Tədbirdə Brazilyanın Darsi Ribeiro Universitetinin professoru Leila Bexos, İtaliyanın Sapienza Universitetinin doktoru, türkoloq Federiko Renzi və digər qonaqlar iştirak edib.

ADU- dan Youthportal.az-a bildirilib ki. tədbirdə çıxış edən professor Leila Bexos deyib ki, Azərbaycana səfərinin əsas məqsədi Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini araşıdırmaq, Azərbaycanın multikulturalizm modelini daha dərindən  mənimsəməkdir.  Qonaq bildirib ki, Azərbaycan bu sahədə xeyli inkişaf edib. Leila Bexos əlavə edib ki, Azərbaycan multikulturalizmi ilə bağlı artıq xeyli məlumat toplayıb və burada öyrəndiklərini ölkəsində tətbiq etmək niyyətindədir.

İtaliyadakı multikultural şəraitdən söz açan türkoloq Federiko Renzi Azərbaycanın multikulturalizm sahəsində nümunəvi modelə sahib olduğunu deyib. Federiko Renzi Azərbaycan dövlətinin bu istiqamətdəki addımlarını yüksək qiymətləndirdiyini söyləyib.

Tədbirdə xüsusi olaraq qeyd edilib ki, Azərbaycan multikuralizm ölkəsi kimi bütün dünyada tanınır, Azırbaycanının multikulturalizm modeli bir çox ölkələr üçün nümunədir.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi