Ru
Bakı
USD
EUR
GBP
RUB

BANM məzunları Karbamid zavodunda işə başlayıblar

news photo

16.07.2018 14:27 // Təhsil

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunları karyeralarındakı ilk addımları uğurla atır. Ali Məktəbin daha dörd məzunu SOCAR Karbamid zavoduna işə qəbul olublar.

BANM-dən Youthportal.az-a verilən məlumata görə, zavoda işəqəbul prosesi xüsusi müsahibə əsasında keçirilib. Müsahibədə Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov, direktor müavini və baş mühəndis Bəxtiyar Məmmədov, kadrlar şöbəsinin aparıcı mütəxəssisi Solmaz Kazımova iştirak ediblər. Müsahibədən uğurla keçən dörd məzun – Murad İsmayılov, Heydər Nəcəfov, Məmməd Nəzərov, Elşən Mikayılov Karbamid zavodu tərəfindən işə qəbul olunub. Məzunların ikisi mühəndis-texnoloq, biri kimyaçı, digəri isə Nəzarət ölçü cihazları və avtomatika mühəndisi olaraq zavodun əməkdaşları sırasına qatılıblar.

Zavodun yeni əməkdaşları adını qazanan Ali Məktəbin məzunlarına ilk olaraq təhlükəsizlik və sahə təlimləri keçilib. Təlimləri uğurla bitirdikdən sonra yeni işçilər vəzifələrinə uyğun aidiyyatı sahələrdə - karbamid və ammonyak istehsalı sahəsi, köməkçi qurğular sahəsi, istehsalat və keyfiyyətə nəzarət laboratoriyası, təmir və texniki xidmət sahəsində öz vəzifə təlimatlarının icrasına başlayıblar.

Qeyd edək ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulub. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. İstehsal edilən karbamid məhsulu daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi