Ru
Bakı
USD
EUR
GBP
RUB

Bişkekdə II Türk Şurası Gənclər Festivalı başlayıb

news photo

11.07.2018 12:14 // Gənclər üçün

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində II Türk Şurası Gənclər Festivalı keçirilir. 

Youthportal.az xəbər verir ki, festival "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında gənclər" mövzusunda "dəyirmi masa" ilə başlayıb.

Qırğız Respublikasının Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov deyib ki, bu müzakirələr Tükdilli ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə yol açacaq.

Türk Şurası katibliyinin layihə direktoru Jıldız Uzakova isə tədbirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımları xüsusi ilə qeyd edib. Onun sözlərinə görə, Türk Şurası çərçivəsində bir çox qərarlar məhz Azərbaycanda qəbul olunub. O vurğulayıb ki, ilk gənclər festivalı Azərbaycanın Gəncə şəhərində uğurla keçirilib: "Bundan əlavə, Azərbaycan Türk Şurasında iqtisadi sahədə də aktiv şəkildə iştirak edir. Bakının təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu Türkdilli ölkələr üçün əhəmiyyətli bir layihədir".

Tədbirdə Türk Şurasına daxil olan ölkələrin gənclər təşkilatların nümayəndələri öz dövlətlərində gənclərlə bağlı vəziyyət haqqında məruzə ilə çıxış ediblər. 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə ölkədə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən və ölkədə fəaliyyət göstərən gənclər təşkilatlardan danışıb.

Qeyd edək ki, festival çərçivəsində iştirakçı ölkələrin konserti də təşkil olunacaq. Konsertdə Azərbaycanın milli rəqsləri və mahnıları təqdim ediləcək. Bundan başqa iştirakçılar Qırğızıstanın tarixi yerlərinə, məşhur yazıçı Çingiz Aytmatovun ev-muzeyinə baş çəkəcəklər. 

Xatırladaq ki, I Türk Şurasının Gənclər Festivalı 2016-cı ilin sentyabrında Gəncədə keçirilib. 

Report

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi