Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində “Azərbaycan Tərcümə Ensiklopediyası” təqdim edilib (FOTO)

news photo

11.07.2018 16:10 // Təhsil

İyulun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Tərcümə Ensiklopediyası”nın növbəti təqdimat mərasimi keçirilib.

ADU- dan Youthportal.az-a bildiirlib ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli kitabın ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, ADU-nun rektoru akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu ensiklopediya hər bir vətəndaşın fayda götürə biləcəyi çox dəyərli bir mənbədir.

Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri Ədalət Abdiyeva bildirib ki, Azərbaycanı dünyada təbliğ etmək üçün ilk növbədə öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı gözəl bilməliyik: “Biz “Azərbaycan Tərcümə Ensiklopediyası” vasitəsilə tərcümə sahəsində görülən işlər barəsində mühüm məlumatlar əldə edə bilirik. Tərcümə sahəsində əhəmiyyətli məlumatlar əldə etməklə Azərbaycanının təbliği istiqamətində müəyyən işlər görə bilərik”.

Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə Ümummilli lider Heydər Əliyevin tərcümə sahəsinin inkişafı ilə bağlı atdığı addımlardan danışıb. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev bu işləri davam etdirərək tərcümə sahəsinin inkişafına ciddi töhfə verib: “Bu ensiklopediyanın nəşri Azərbaycan tərcümə tarixində ən mühüm və əhəmiyyətli addımlardan biridir, həm müəllimlər, həm də tələbələr üçün çox vacib vəsaitdir”.

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ensiklopediyada tərcümə ilə bağlı bütün suallara maraqlı cavablar aldığını söyləyib. Qeyd edib ki, bu kitab təkcə tərcümə sahəsi ilə məşğul olanlar üçün deyil, digər sahədə çalışanlar üçün də maraqlı və əhəmiyyətli ola bilər.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müvaini Əli Məmmədov, Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov tərcümə sahəsində görülməsi vacib olan işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə çox vacib addımlardan biri atılıb və “Azərbaycan Tərcümə Ensiklopediyası” nəşr olunub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi