Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

news photo

11.07.2018 10:43 // Siyasət

Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

Youthoprtal.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Qeyd edək ki, Brüssel görüşü Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın bu il aprelin 23-də hakimiyyətdən getməsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşüdür. 

İki ölkənin xarici işlər naziri sonuncu dəfə bu ilin yanvarın 18-də Polşanın Krakov şəhərində danışıqlar aparıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi