Ru
Bakı
USD
EUR
GBP
RUB

Cüdoçularımız Almaniyada açıq Avropa kuboku yarışında iştirak edəcəklər

news photo

11.07.2018 09:37 // İdman

Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlığı davam etdirən milli komandamızın üzvləri hazırda Almaniyadadır.

Youthportal.az xəbər verir ki, təcrübəli cüdoçularımız həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa kuboku yarışında mübarizə aparacaqlar. Almaniya turnirində qitənin ən güclü cüdo ustaları medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, milli komandamız ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıblar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi