Ru
Bakı
USD
EUR
GBP
RUB

Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

news photo

10.07.2018 13:37 // Siyasət

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Youthortal.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Digər xəbərlər

Xəbər lenti

Bitkoin ucuzlaşmaqda davam edir

6G-da sürət 1 TB/s-yə yaxınlaşacaq

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 25 dəfə pozulub

18 noyabrda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi