Ru
Bakı
USD
EUR
GBP
RUB

LG iki qatlanan smartfon hazırlayır

news photo

10.07.2018 17:18 // High-tech

LG şirkəti ilk açılıb-bağlanan əyilən smartfon buraxmağı planlaşdırır.

Youthportal.az xəbər verir ki, bu günlərdə şəbəkədə LG şirkətinin açılıb-bağlanan smartfon tərtibatı ilə bağlı patenti yayılıb.

Dərc edilən məlumata əsasən, cihaz adi adil mobil cihaz görüntüsündə olacaq. O, kitab kimi iki qatlana biləcək. Gözlənilir ki, bu cür konstruksiya bundan sonra da ekranın tamlılığını saxlamağa imkan verəcək.

Əldə edilən məlumata görə, LG istehsalı olan açılıb-bağlanan smartfon diyircək mexanizmli olacaq, onun displeyi isə avtomatik sönəcək. Aparatın iki mikrofonu və iki səsgücləndiricisi olacaq.

Qeyd edilir ki, bu cür cihazlara patent artıq bir neçə ildir "Samsung", "Huawei" və "Motorola" şirkətlərində mövcuddur. Ancaq heç bir istehsalçı hələ də ilk açılıb-bağlanan smartfonun tərtibatı ilə bağlı gəzən şayiələri təsdiqləməyib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi