Ru
Bakı
USD
EUR
GBP
RUB

Kanadada istidən ölənlərin sayı 70 nəfərə çatıb

news photo

10.07.2018 13:11 // Dünyada

Kanadanın Kvebek vilayətində isti hava qurbanlarının sayı 70 nəfərə çatıb. 

Bu barədə Youthportal.az RİA "Novosti"yə istinadən xəbər verir.

CBC telekanalı bildirib ki, əyalətdə havanın temperaturu müsbət 40 dərəcədən yuxarı qalxır. İstidən ölən 70 nəfər olub, onlardan 34-ü Monreal şəhərində dünyasını dəyişib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, istidən ölənlər əsasən 60 yaşdan yuxarı olub və xroniki xəstəliklərdən əziyyət çəkiblər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi