Ru
Bakı
USD
EUR
GBP
RUB

Ferstappen Formula 1 yarışlarının Avstriya mərhələsində Qran-Pri qazanıb (FOTO)

news photo

02.07.2018 16:41 // Formula 1

“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 yarışlarının Avstriya mərhələsində Qran-Pri qazanıb.

Youhportal.az xəbər verir ki, yürüşün bu mərhələsində ikinci yeri “Ferrari” komandasının pilotu Kimi Raykkonen, üçüncü yeri isə Sebastyan Fettel tutub.

Maks Ferstappen cari mövsümdə özünün birinci, karyerasında isə dördüncü dəfə qələbə qazanıb. “Mercedes” komandasının hər iki pilotu texniki problemlər üzündən yürüşü vaxtında əvvəl dayandırıblar.

Avstriya Qran-Prisi başa çatandan sonra Formula 1 dünya çempionatının ümumi hesabında Sebastyan Fettelə liderlik edir. Onun aktivində 146 xal var. İkinci yeri tutan Lyuis Hemilton Fetteldən cəmi bir xal geri qalır. Aktivində 101 xal olan Kimi Raykkonen isə Valtteri Bottası və Daniel Rikkardonu geridə qoyaraq üçüncü yerə çıxıb.

Avstriya mərhələsindən sonra Konstruktorlar Kubokunda “Ferrari” liderlik edir. İkinci yeri “Mercedes”, üçüncü yeri “Red Bull” komandaları tutur.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bitkoin ucuzlaşmaqda davam edir

6G-da sürət 1 TB/s-yə yaxınlaşacaq

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 25 dəfə pozulub

18 noyabrda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi