Ru
Bakı
USD
EUR
GBP
RUB

Polşa Avropanın mədəni turistik mərkəzinə çevrilir

news photo

28.06.2018 15:12 // Cəmiyyət

Yaxın zamanda  ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyini qeyd etdi.

Çox insan bilmir ki, Polşanın nəcib ailəsindən gələn Stanislav Vonsoviç AXC-nin inkişafında xüsusi rol oynamışdır. O, hüquqşünas olaraq 1918-ci ildə Azərbaycan Milli Məclisinin qanunvericiliyi ilə bağlı komissiyaya rəhbərlik etmişdir. Azərbaycan və Polşa yalnız tarixi deyil, həm də siyasi, iqtisadi, mədəni əlaqələrlə bağlı iki ölkədir. Bir çox fakt Azərbaycan-Polşa münasibətlərinin tarixinə sübutdur. Ötən əsrin əvvəllərində Bakının ən gözəl binalarını yaradan məşhur Polşa memarlarının yaradıcılığı bunun bariz nümunəsidir. Müasir Polşa ilə daha da yaxından tanış olmaq üçün Youthportal.az bir neçə məqalə oxuculara təqdim edir. 

Məkr və xarabalıqdan üsyan edən şəhər

Bu gün Polşa ərazi, əhali və iqtisadi baxımdan altıncı yerdədir. Ölkənin turizmin inkişafına xüsusi diqqət ayırması nəticəsində Avropanın ən vacib turistik məkanlarına çevrilməsi mübahisəsizdir.

Polşanın paytaxtı Varşava bu gün çox gözəl, çoxlu sayda parkları olan bir Avropa şəhəridir. Hansı ki, orada yaşıl sahələr şəhərin təxminən yarısını əhatə edir. Burada dünyanın ən böyük şirkətlərininin ofisləri yerləşir. Şəhərin küçələri hələ də II Dünya Müharibəsi tarixini özündə  qoruyub saxlayır. Yandırılıb külə döndərilmiş və xarabalığa çevrilmiş şəhər, yenidən dirçəlmiş, məkr və müstəqillik uğrunda mübarizə sinvoluna çevrilmişdir. Şəhərin tarixi faciəvidir. O, dəfələrlə dağılıldı. 1939-cu ildə faşistlər tərəfindən ilk zərbə alan ölkə Polşa oldu. Faşistlər Varşavanı yer üzündən silməyi, eyni zamanda bütün şəhərin faktiki olaraq məhv etmək üçün bir hədəf qoymuşdular. 1939-1945- ci illəri əhatə edən müharibə dövründə müharibə başlamadan əvvəl Varşavada yaşayan 1.3 milyon vətəndaşdan 850.000 Varşava sakini öldürülmüşdür. Yerli Varşava sakinlərinin hər bir ailəsi bu dəhşətli, dağıdıcı müharibə zamanı sevdiklərini itirdi.

Müharibə və döyüşdən sonrakı hadisələrin əks-sədası polyakların qəlbində əbədi qalacaqdır. "İkinci Dünya Müharibəsini udduq, amma udmadıq, biz azadlıq əldə etmədik. 1939-cu ilə qədər yeni bir Polşa quruldu, sonra Sovet sistemi gəldi... Hitlervar idi və Stalin var idi ",- bələdçimiz Irena Sukhmel kədərlə deyirdi.

Varşava  müharibədən sonra 18-ci əsrdə yaşayan saray rəssamı Bernardo Bellottonun yaratdığı şəkillər sayəsində yenidən bərpa edildi. Onun yardığı 23 əsərdə istifadə etdiyi xüsusi texnika, “Fotoaparatın prototipi” , şəhərin əvvəlki kimi dəqiq bərpa edilməsinə imkan yaratdı. Müharibə başladıqda şəkillər Polşadan Kanadaya aparıldı. İndi orijinal rəsmlər Kral sarayında saxlanılır.  Şəhərin küçələrində yerləşən  şəkil mağazalarında Bellotto əsərlərinin nüsxələrini tapa bilərsiniz.

Varşavada çoxlu abidələr və heykəllər var. Məşhur kinorejissor Roman Polanski özünün məşhur “Pionist” filmini çəkərkən Varşavada iki küçədən istifadə etdi. O küçə ki, burada üzərində müharibə və güllə izləri olan  evlər var. 

Polşada Marşal De Qollun xatirsinə xüsusi hörmət edilir. De Qollun heykəli Varşavada eyni adı daşıyan küçədə yerləşir. Müharibə başlayandan sonra Polşa Bankının qızılı ölkədən ixrac edilib. Belə hesab edilir ki, müharibə bitdikdən sonra De Qollun bu qızılları ölkələyə geri qaytarmaqda böyük rolu olmuşdur. 

Polşanın ən hündür binası Elm və Mədəniyyət Sarayıdır. Polyaklar onu  "şəhər içində  şəhər" adlandırırlar. 42 mərtəbəli göydələnin hündürlüyü 168 metr, sivri ucu ilə birlikdə 237 metrdir. Mədəniyyət və Elm Sarayı Avropa İttifaqının ən yüksək göydələnlərindən biridir. Binanın 30-cu mərtəbəsində, 114 metr yüksəklikdə şəhərin panoramasına açılan  müşahidə göyərtəsi var.

Şübhəsiz ki, Varşavanın ən gözəl hissəsi orta əsr memarlığı ilə zəngin olan Köhnə Şəhərdir .

Köhnə Şəhər UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir. Bu, bəlkədə Varşavanın ən məşhur turistik yeridir. Burada qala divarlar, Varşava Barbakanı, Archikatedra św. Jana Chrzcicielana yerləşir.

Bazar meydanı Köhnə şəhərin mərkəzidir. Burada restoranlar və kafelər yerləşir və bura həm şəhər sakinləri, həm də turistlər üçün məşhur istirahət yeridir.

Şopenin və II İohan Pavelin vətəni

Polşa dünyaya bir çox məşhur insanlar bəxş edib, amma polyaklar üçün ən fəxr etdikləri məşhurlar II İohan Pavel və 19- cu əsrin ən böyük bəstəkarı, pianoçu, müəllim, klassik musiqi bəstəkarı,romantizmin ən parlaq nümayəndəsi, Polşanın milli bəstəkarı məktəbinin banisi Frederik Şopindir.Varşavada yerləşən Şopen Multimedia Muzeyi Polşanın ən müasir muzeylərindən biridir. Muzeydə Şopenin əsərlərinin tərcümeyi-halı, tarixi və bəstəkarın yazdığı orijinal əlyazma və sənədlər, fotoşəkilləri, qeydlər saxlanılır. Burada məşhur bəstəkara həsr olunmuş piano konsertləri və müsabiqələr keçirilir.

Varşavada hava limanı Şopenin adını daşıyır. Varşavada yerləşən  Lazenki parkında Şopenin xatirəsinə heykəl ucaldılmışdır.

Heykəl 1926- cı ilin noyabrında polyak heykəltəraş Vaclav Şimanovski  tərəfindən ucaldılmışdır, amma heykəl faşistlər tərəfindən kəsilib və əridilmişdir və ancaq heykəyin postamenti qalmışdır. Postamentin  üzərində indi də güllə izləri görmək olar.

Bu heykəl 1960-ci ildə yenidən bərpa olunmuşdur. Bu yalnız  Şimanovskinin evinin zirzəmisindən 2 minyatürün tapılmasından sonra mümkün olmuşdur. Varşava Su pərisi, Sigismund III sütunu, Su sarayı və Mədəniyyət və Elm sarayı ilə birlikdə Şopen abidəsi Varşava ən tanınmış yerlərindən biridir. 

Varşavanı gəzərkən xüsusi düymələri olan 15 ədəd mültimediya daş oturacaqlara rast gəlmək olar. Bu düymələri basdıqda Şopenin ən məşhur müsiqi fraqmentlərini eşitmək olar.

Oturacaqlar 2010-cu ildə Şopenin doğumunun 200 illiyi münasibəti ilə Royal trackda quraşdırılmışdır.

Krallar şəhəri

Keçmişdə Polşanın paytaxtı Krakov şəhəri olmuşdur. Bu gün isə Krakov Avropanın ən gözəl  memarlıq şəhəri hesab olunur. Şəhərin mərkəzi  tarixi UNESCO tərəfindən qorunur. Köhnə Şəhərin mərkəzi Rynek Glowny meydanıdır.  Onun ərazisi 200x200 metrdir.

Bu, Avropanın ən böyük orta əsr meydanlarından biridir. Meydanın yaxınlığında orta əsrlərə aid dağıdılmış Şəhər sarayı or Ratuşa binası, 1223-cü ildə inşa edilmiş iki qülləsi olan Marian kilsəsi yerləşir.Hansı ki, onların hər birində saatda bir dəfə musiqi səslənir. Meydanın digər tərəfində Ratusz qülləsi dayanır. Keçmiz zamanlarda  sap və parçalarını satıldığı köhnə parça bazarında (Sukiennice), bu gün suvenirlər və ənənəvi Polşa malları olan dükanlar var. Rynek Glowny ətrafında diskoteka, restoran və barlar yerləşir. Krakov  turistlərin sevimli məkanıdır. Bir çox mehmanxanalar əvvəlki nəcib yaşayış yerlərində yerləşdirilib.

Krakovda yerləşən Vistula çayı üzərində olan Vavel qalası 11-ci əsrin əvvəlindən 17-ci əsrə qədər Polşa krallarının əsas iqamətgahı idi. 

Burada müxtəlif tarixi eksponatlardan təşkil olunmuş  məşhur olan Zigmund muzeyi yerləşir. Qalanın həyətində II İohan Pavelin heykəli yerləşir. 

İqamətgahın ərazisində Katedra na Wawelu var. Burada kralların məzarları da yerləşir. Katedralın girişində mamont sümükləri asılıb.Əfsanəyə görə, onlar şəhərə xoşbəxtlik gətirir.

Krakov həmçinin universitetləri ilə məşhurdur. Burada Polşanın ən qədim təhsil müəssisəsi və dünyanın ən qədim universitetlərindən biri olan Jagiellonian Universiteti yerləşir. O, 1364- cü ildə inşa olunmuşdur. Universitetin daxili həyətinin divarında “həqiqət maskası” adlanan heykəl yerləşir. Köhnə əfsanəyə görə,  əgər müəllimlər tələbələrin yalan danışdıqlarından şübhələnsələr, onlar tələbələrdən əllərini həmin maskanın ağzına qoymağı tələb edirdilər. Yalan danışan tələbə əlini ora qoyanda maskanın  ağzı bağlanırmış. Tələbələr əllərinə maskanın ağzına qoymağdan çəkinirdilər. 

Universitetin məşhur məzunu böyük Polşa astronomu filosof Kopernikdir. O, Günəç sisteminin heliosentrik modelini irəli sürmüşdür. Heliosentrik sistem - Yer və başqa planetlərin öz ətrafında fırlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimidir. O, "Göy sferalarının fırlanması" əsərində Yerin hərəkətini riyazi əsaslandırmış, Yer və digər beş planetin Günəş ətrafında eyni zamanda dolandığını sübut etmişdir. Kopernik planetlərin yerləşmə ardıcıllığını təyin etmiş, Günəşdən nisbi məsafələri təxmini hesablamışdır.Varşavada unikal Kopernik elmi mərkəzi yaradılıb. Burda 450-dən çox interaktiv eksponantlar var və  ziyərçilər özləri eksperimentlər keçirə bilərlər.

Polşada təhsil hökumətin prioritetlərindən biridir

Qeyd edək ki, Polşanın təhsil sistemi Avropada liderdir. Ölkədə 438 Ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində  1milyon 350min tələbə və 364 min magistr təhsil alır.

Polşanın İnvestisiya və Ticarət Agentliyinin İqtisadi İnkişaf  Departamentinin baş mütəxəssisi Arkadiusz Tarnovski bildirdi ki, son 10 ildə xarici tələbələrin sayı altı dəfə artaraq və 11 min 365-dən 66 min 100 şagirdə yüksəlmişdir :

“Ali təhsil müəssisəsində 156 ölkədən olan tələbələr təhsil alır. Təhsil alan tələbələrdən 54%- i Ukrayanadan, 8%-i Belarusyadan, 3%-i Norveçdən, 2%-i isə Almaniya, Rusiya ,İspaniya və Çexiyadandır”.

Onun sözlərinə görə, Polşa əhalinin xaricə dil bilmə səviyyəsinə görə  dünyada 11-ci yeri tutur. Statistikaya görə, Ölkə əhalisinin 62%  faizi polyak dili ilə yanaşı başqa dillərdə də danışır.

“İngilis dili universitet məzunlarının 90% -dən çoxu üçün təbii xarici dildir. Tələbələrimiz həmçinin digər Avropa dillərində, -rus, alman, ispan, fransız-, danışırlar”, -Arkadiusz Tarnovski qeyd etdi.

Polşa tələbələrinin 90,2%-i ingilis, 43,2% -i alman, 13,7% -i rus, 9,6%- i fransız, 6,3% -i ispan, 3,2%-i italyan dilində danışa bilir.

 

Aida Sultanova

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi