Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

news photo

22.06.2018 11:31 // Təhsil

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini anma mərasimi keçirilib.

Əvvəlcə Milli Qəhrəmanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan, qəsbkar ermənilərə qarşı döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, onun qəhrəmanlığının gənclərə örnək olduğunu söyləyib.

Professor M.Babanlı Mübariz İbrahimov kimi Vətən övladlarının əziz xatirəsinin ürəklərdə əbədi yaşayacağını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Elmira Axundova Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətənə sonsuz sevgi və məhəbbətindən bəhs edib.

Xalqımızın Mübariz İbrahimov kimi qəhrəmanları ilə qürur duyduğunu vurğulayan deputat mənfur ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirib.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan danışıb, doğma Vətən naminə canlarından keçmiş şəhidlərin xatirəsinin daim uca tutulduğunu bildirib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi