Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda musiqi bayramı təşkil ediləcək

news photo

20.06.2018 14:43 // Cəmiyyət

21 iyun 2018-ci il tarixində Musiqi Bayramı Bakının küçələrini yenidən canlandıracaq

Youthportal.az xəbər verir ki, tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşacaq.

Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir. Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və digər ictimaiyyətə açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.

Musiqi Bayramının tam proqramı:

UFAZ (Nizami küç., 183)

17.00 UFAZ Universitetin tələbələri

YARAT (Səbail rayonu, E119)

18.00 Amina Zulfugarova (fleyta) , Konul Amirova (arfa) / Klassik musiqi

NİZAMİ KÜÇƏSİ (Nizami və R. Rza küçələrin kəsişməsi)

18.30 Albina / Jazz-Pop19.00 “East or West” qrupu / Traditional, pop20.15 Lisse Van Vliet / Fusion20.45 “Les Gamins” qrupu / Pop, rock

FƏVVARƏLƏR MEYDANI

19.00 “Friday” qrupu / Rock 19.30 ArazÔzarA / Psixodelik blüzu 20.15 “Coda” qrupu / Rock21.45 Toğrul / Elektro

İÇƏRİ ŞƏHƏR (YAY Gallery, Kiçik Qala küç., 5)

18.00 Fidan Haciyevanın vocal məktəbi / Lirik mahnılar 18.45 Səidə Tağızadə / Klassik musiqi 19.30 Tural Cümşüd / İndi 19.45 Sübhan / İndi 20.00 Müslüm / İndi 20.30 Albina / Pop, caz

♫ ♫ ♫

https://www.facebook.com/france.azerbaidjan

https://www.facebook.com/institutfrancaisbakou/ 

 

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi