logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq olimpiadada qızıl və bürünc medal qazanıblar (FOTO)
news photo

13.06.2018 17:57 // İdman

4-10 iyun tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018" (http://www.okseef.org/eng/biologyf.php) məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadasında Avropa Azərbaycan Məktəbinin (EAS) biologiya müəllimləri Elvin Abdullayev və Mələk Əzizova və məktəbin 10-cu sinif şagirdləri Ülvi Cabbarov, Samir Məmmədov, Yasəmən Həsənzadə və Fuad Xasıyev iştirak ediblər.

EAS-dan Youthportal.az-a verilən məlumata görə, müsabiqəyə 60 layihə ilə dünyanın 38 ölkəsindən 120 iştirakçı qatılıb. İştirakçılar hazırladıqları layihə, çıxışları, poster və şifahi təqdimatlarına görə qiymətləndiriliblər. Qiymətləndirmə üzrə hər kateqoriyada dörd beynəlxalq ekspert iştirak edib. Yekunda qaliblər diplom, medal, sertifikat və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Biologiya kateqoriyası üzrə Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdləri Ülvi Cabbarov və Fuad Xasıyev qızıl, Samir Məmmədov və Yasəmən Həsənzadə bürünc medallara layiq görülüblər.

Müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir.13 ildir keçirilən beynəlxlaq olimpiadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.

Avropa Azərbaycan Məktəbi - Həyat yolunuzun düzgün seçmi

Ünvan: Bakı şəh., Yasamal r-nu, H. Məcidov, 7C

Tel.: +994 12 539 89 35/36/37, +994 12 499 89 35/36/37

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook