logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək
news photo

13.06.2018 17:12 // High-tech

Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu divar içərisindən insanların hərəkətini izləyən “RF-Pose” adlı simsiz qurğu ixtira edib.

Youthportal.az AZƏRTAC- a istinadən bildirir ki, əvvəlcə mühəndislər iki cihazın – simsiz radioqurğu və kamera məlumatlarını toplayıblar. Onların hər ikisi insanların yerimə, söhbət, lifti gözləmə və qapıları açma kimi hərəkətlərini izləyib. Sonra kamera təsvirləri vasitəsilə cihazlar hər bir fərd üçün nazik skelet modeli qurublar. Bu model süni intellekt tərəfindən radiosiqnal ilə birlikdə nümayiş olunub. Bu şəkildə alqoritm radioötürücü siqnalları və yaradılan skeletlər arasında əlaqəni tanımağı öyrənib.

Əvvəlki sistemlər ya bir sonluğu izləyib və ya statik pozanı göstərib. Mütəxəssislərin fikrincə, hərəkətli model əksər sahələrdə, məsələn, tibdə faydalı ola bilər. Sistem evdə Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin hərəkətini izləyərək onun inkişafını müəyyənləşdirəcək.

Mütəxəssislərin sözlərinə görə, texnologiya xəstəni 100 nəfər arasında 83 faiz dəqiqliklə müəyyənləşdirib. Bu xüsusiyyət xüsusilə axtarış-xilasetmə əməliyyatlarında gərəkli olacaq.

Qurğunun müasir versiyası ikiölçülü olsa da, hazırda mühəndislər kiçik hərəkətləri, məsələn, əllərin titrəməsini göstərən üçölçülü üzərində çalışırlar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook