Ru
Bakı
USD
EUR
GBP
RUB

2026-cı ildə futbol üzrə Dünya Çempionatına Kanada, ABŞ və Meksika birgə ev sahibliyi edəcək

news photo

13.06.2018 16:34 // İdman

2026-cı ildə futbol üzrə XXIII Dünya Çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

Youthportal.az-ın məlumatına görə, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

Qeyd edək ki, XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi