logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Kamandan Oxatma üzrə ölkə çempionatı keçirilib
news photo

13.06.2018 14:25 // İdman

Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib. Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşaiyət olunub.

Böyüklər arasnda kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanların birincisi Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova olub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə qalib olublar. Çempionlara, həmçinin 2-ci və 3-cü yeri tutmuş oxatanlara dimplomlar və “AS Qrup İnvestment” şirkətlər qrupu tərəfindən pul mükafatları təqdim olunub.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi sponsorudur. 

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook