Ru
Bakı
USD
EUR
GBP
RUB

“Təhsil liqası”na yekun vurulub

news photo

13.06.2018 13:46 // İdman

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə birinci yeri “Sıçrayış” Basketbol Klubunun, ikinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), üçüncü yeri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin, U-15 liqası üzrə birinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, ikinci yeri “Sıçrayış” Basketbol Klubunun, üçüncü yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandaları tutub.

U-13 liqasının “Ən yaxşı oyunçu” nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Nicat Nəsirov, “Ən məhsuldar oyunçu” nominasiyasına “Təhsil” RİM-in 9 nömrəli UGİM-dən Dmitri Kurmaşin, U-15 liqasının “Ən yaxşı oyunçu” nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Fikrət Ələkbərov, “Ən məhsuldar oyunçu” nominasiyasına “Sıçrayış” Basketbol Klubundan Simar Bəkirov layiq görülüblər.

Qaliblər diplom, kubok və medallarla təltif olunublar.

Qeyd edək ki, 2017-ci il dekabrın 24-dən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından 12 komanda qatılıb.

Liqaların keçirilməsinin məqsədi yaş qrupları üzrə perspektivli basketbolçuların aşkarlanması, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsidir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi