logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Təhsil naziri “Son zəng”lə bağlı əmr imzalayıb
news photo

13.06.2018 13:30 // Təhsil

Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb. 

Youthportal.az-a xəbər verir, müvafiq əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. 

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook