Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Avropa gənclər Yay olimpiya festivalına hazırlığı müzakirə etdi (FOTO)

news photo

12.06.2018 17:54 // İdman

Görüşdə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak edirdilər.

Nazir ilk olaraq məlumat üçün Avropa gənclər Yay olimpiya festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tbilisi və digər şəhərlərdə baş tutduğunu, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlarlara ev sahibliyi edəcəyini qeyd etdi.

Toplantı zamanı bildirildi ki, 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.

Ümumilikdə idmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 13 proqram  üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasiminin Crystal Hallda baş tutacağı bildirildi.

Toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Azad Rəhimov bildirdi ki, qarşıda idmançılarımızı mötəbər idman yarışları gözləyir. Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya oyunları, Minskdə baş tutacaq Avropa oyunları və digər mötəbər idman tədbirlərinin hər biri 2020 Tokyo Yay Olimpiya oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi