Ru
Bakı
USD
EUR
GBP
RUB

ATGTİ "Avropa Gənclər Kartı" Assosiasiyasının 34-cü yubiley konfransında təmsil edilib (FOTO)

news photo

12.06.2018 13:08 // Gənclər üçün

Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və ittifaqın Beynəlxalq işlər üzrə icraçı direktoru Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının 34-cü konfransında iştirak edib.

ATGTİ- dən Youthportal.az-a bildirilib ki, 5-10 iyun tarixlərində keçirilən konfransda Avropa Gənclər Kartının gəncləri ruhlandırması, onların yeni biliklərə, cəmiyyətə cəlb edilməsi, gənclərin yeni düşüncələri ilə dəyişiklik yaradan bir qüvvəyə çevrilməsi uğrunda istiqamətlərin axtarılmasında, daha üstün nailiyyətlər əldə edilməsinə həsr olunub.

Keçirilən konfransda ATGTİ-nin təqdimatı nümayiş etdirilib və ölkəmizdə həyata keçirilən gənclər siyasəti, "Azərbaycan Gəncliyi 2017-2021" Dövlət proqramı haqqında danışılıb. İttifaqın təşkilatçılığı ilə respublikada təhsil alan tələbələrə paylanılan "Azərbaycan Tələbə kartı" barədə geniş məlumat verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış Azərbaycan Tələbə Kartı tələbələrə tamamilə ödənişsiz paylanılır.

Tədbirin yekun bağlanış mərasimi 10 iyun tarixində paytaxt Lissabonda keçirilən tədbirlə yekunlaşıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi