Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyi “Hasilat Sənayesində Şəffaflıq” mövzusunda təlimlər keçirmişdir (FOTO)

news photo

12.06.2018 12:27 // Gənclər üçün

“Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyi may ayında Qazax, Ağstafa və Tovuz rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Region gənclərinin alternativ metodlarla “Hasilat Sənayesində Şəffaflıq” mövzusunda maarifləndirilməsi üçün tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində təlimlər keçirmişdir. Təlimlərdə Qazax, Ağstafa və Tovuz rayonundan olan fəal gənclər, şagirdlərlə yanaşı, rayon icra hakimiyyətlərinin nümayəndələri, müəllimlər də iştirak etmişlər.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, təlimdə layihənin rəhbəri Hafiz Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, təlimlərin keçirilməsinin təşkili hədəf qrupu seçilənlərin yeni biliklərə yiyələnməsi və biliklərini artırmaq üçün həvəsləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə Hasilat Sənayesinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına böyük təkan vermişdir. Lakin region gənclərinin Bakıda keçirilən layihələrə qatılma imkanı çox azdır. Biz Qazax, Tovuz və Ağstafa gənclərinin əyani olaraq əhatə olunması üçün Region gənclərinin alternativ metodlarla “Hasilat Sənayesində Şəffaflıq” mövzusunda maarifləndirilməsi üçün tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdik. Düşünürük ki, bu layihə ilə gəncləri əhatə edib, onların maarifləndirilməsi və inkişaf etdirilməsi baxımından biz də tövhə vermis olarıq.

Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında ekspert Vilayət Ramazanov iştirakçılara geniş məlumat vermişdir. Qeyd etmişdir ki, layihənin həyata keçirilməsində əsas məqsəd region məktəblilərinin intellektual inkişafına, onların maarifləndirilməsinə və gələcək həyatında uğur qazanmasına dəstək verməkdən ibarətdir.

Təlimdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyinin loqoları əks olunmuş bukletlər paylanılıb. Sonda iştirakçılar ilə birgə xatirə şəkli çəkilib.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi