Ru
Bakı
USD
EUR
GBP
RUB

“AppStore”da pullu tətbiqlər pulsuz olacaq

news photo

12.06.2018 15:55 // High-tech

Tezliklə "Apple" öz istifadəçilərinə "AppStore"un ödənişli tətbiqlərini pulsuz yükləmək imkanı verəcək.

Youthportal.az xəbər verir ki, onlar ancaq tanışlıq üçün təqdim ediləcək.

Belə ki, "AppStore" mağazasının istifadə qaydalarında yeni düzəlişlər edilib. Bu düzəlişlərdə deyilir ki, ödənişli tətbiqlər üçün sınaq müddəti qeyd etmək mümkündür. Bu müddət ərzində istifadəçilər proqramla tanış ola biləcək və bu proqramın onlara lazım olub-olmadığına qərar verə biləcəklər.

Qeyd etmək lazımdır ki, proqramlar üçün trial versiyanı tərtibatçılar özləri xahiş ediblər. Həmçinin istifadəçilərin şikayətləri də nəzərə alınıb. Onlar bildiriblər ki, "Mac AppStore"da qiymətlər olduqca bahadır və pul ödəməmişdən öncə ilk olaraq bu proqramlarla tam tanış olmaq heç nəyə mane olmazdı.

Artıq istifadəçilər rəqəmsal mağazadan ödənişli tətbiqi yüklədiyi zamanı dərhal onun pulsuz istifadə müddəti barədə məlumat əldə edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Tullantılardan incəsənətə

Tələbələr internat məktəbində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi