logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
ABŞ-da dünyanın ən güclü superkompüteri hazırlanıb
news photo

12.06.2018 17:16 // High-tech

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib. “Summit” superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri – “Titan”ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

Youthportal.az hi-news.ru saytına istinadla xəbər verir ki, “Summit” sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.

Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox “NVIDIA Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli “IBM Power9” prosessorundan istifadə edir. “Summit” superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

“Summit”in yaradılması indiyə qədər qeyri-mümkün olan elmi araşdırmaların aparılması üçün yeni imkanlar açıb”, – deyə Ok-Ric milli laboratoriyasının hesablama biologiyası sahəsində mütəxəssisi Den Ceykobson bildirib.

Digər xəbərlər

Xəbər lenti

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook