Ru
Bakı
USD
EUR
GBP
RUB

Qərb Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri “Azərbaycan İnciləri” adlı səhifə yaradıblar (FOTO)

news photo

12.06.2018 10:49 // Gənclər üçün

Azərbaycan mədəniyyətinin şah əsərlərindən biri muğam sənətidir. Qərb Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvləri Azərbaycan gəncliyinə muğamı sevdirmək məqsədilə “Azərbaycan İnciləri” adı altında birləşib, sosial şəbəkədə mədəniyyəti təbliğ edən səhifə yaradıblar.

ATGTİ- dən Youthportal.az-a bildiirlib ki, bu layihənin rəhbəri Qərb Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri Nicat Müslümov və Fuad Heydərlidir. Layihənin məqsədi bundan ibarətdir ki, Azərbaycan gəncliyi öz tarixi musiqilərini unutmasının qarşısını almaq, milli dəyərləri təbliğ etməkdir.

Layihənin bir neçə gün başlamasına baxmayaraq, Sosial Şəbəkədə yaradılan qrupun izləyici sayı artıq 1000-i keçib. Hal-hazırda səhifədə keçmiş və indiki muğam ustadları, şairlər, ədiblər haqqında paylaşımlar edilir və gəncliyin daha da marifləndirilməsi üzrə iş aparılır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi