Ru
Bakı
USD
EUR
GBP
RUB

“AppStore”da pullu tətbiqlər pulsuz olacaq

news photo

08.06.2018 17:14 // High-tech

Tezliklə “Apple” öz istifadəçilərinə “AppStore”un ödənişli tətbiqlərini pulsuz yükləmək imkanı verəcək.

Youthportal.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar ancaq tanışlıq üçün təqdim ediləcək. Belə ki, “AppStore” mağazasının istifadə qaydalarında yeni düzəlişlər edilib. Bu düzəlişlərdə deyilir ki, ödənişli tətbiqlər üçün sınaq müddəti qeyd etmək mümkündür. Bu müddət ərzində istifadəçilər proqramla tanış ola biləcək və bu proqramın onlara lazım olub-olmadığına qərar verə biləcəklər.

Məlumata görə, proqramlar üçün trial versiyanı tərtibatçılar özləri xahiş ediblər. Həmçinin istifadəçilərin şikayətləri də nəzərə alınıb. Onlar bildirirlər ki, “Mac AppStore”da qiymətlər olduqca bahadır və pul ödəməzdən əvvəl ilk olaraq bu proqramlarla tam tanış olmaq heç nəyə mane olmazdı.

Artıq istifadəçilər rəqəmsal mağazadan ödənişli tətbiqi yüklədiyi zaman dərhal onun pulsuz istifadə müddəti barədə məlumat əldə edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bitkoin bahalaşmaqda davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi