Ru
Bakı
USD
EUR
GBP
RUB

Fransa vətəndaşı nadir dinozavrın skeletini 2 milyon avroya alıb

news photo

07.06.2018 10:21 // Dünyada

Adının açıqlanmasını istəməyən fransız kolleksiyaçı 150 milyon il əvvəl yaşamış nadir dinozavrın skeletini 2 milyon avroya alıb.

Youthportal.az RİA "Novosti"yə istinadən xəbər verir ki, dinozavrın skeleti 5 il əvvəl tapılıb. Mütəxəssislərin sözlərinə görə, skelet 9 metr uzunluğa, təxminən 2 metr yarım hündürlüyə malik, allozavrlara aid, Yura dövründə yaşamış heyvana aid olub.

Hərracda yapon və isveç rəqiblərini üstələyərək skeleti almış fransız kolleksiyaçı heyvanın sümüklərini muzeyə qoymağı söz verib. Lakin bunun hansı muzey olacağını açıqlamayıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi