Ru
Bakı
USD
EUR
GBP
RUB

Astarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yübileyi münasibətilə silsilə tədbirlər keçirildi

news photo

24.05.2018 16:48 // Gənclər üçün

21-23 may 2018-ci il tarixlərdə Astara Gənclər evində Astara rayon İcra Hakimiyyəti, Rayon Gənlər və İdman İdarəsi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə ümumtəhsil orta məktəbləri, Pedaqoji Kollec və İ.Ə.D üzrə gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr  olunmuş seminar, rəsm əsərlərinin sərgisi və bayraq  muzeyine ekskursiya keçirilib.Tədbirlərdə 800-dən çox yeniyetmə və gənc iştirak edib.Tədbirlərin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxış edərək Xalq Cümhuriyyətinin yaranması ilə bağlı geniş məlumat verdi. O cümlədən tədbirlərdə çıxış edənlər Rayon İcra  Hakimiyyətinin baş məsləhətçisi Elşad Axundov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, Pedaqoji Kollecin Tarix müəllimləri Elçin Mahmudov və Sədaqət Səmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi əhəmiyyəti və bügünü haqqında geniş məlumat verdilər. İştirakçılar həmçinin Gənclər evinin girişində Astara rayon Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış rəsm əsərlərinin sərgisinə baxıblar.Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və Pedaqoji Kollecin Tarix müəllimi Elçin Mahmudov Gənclər evində yaradılan Bayraq muzeyində 1918-ci ildən 1991-ci ilə qədər Azərbaycanın bayraqları haqqında gənclərə geniş məlumatlar vermiş və muzeydə olan digər eksponatlarla gəncləri tanış ediblər.Sonda xatirə şəkli çəkilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi