logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
28 may - Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir (FOTO)
news photo

24.05.2018 16:20 // Cəmiyyət

23 may 2018-ci il tarixdə   Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Peşə Liseyində şagirdlərlə 28 may - Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.  

Tədbiri giriş sözü ilə Peşə Liseyinin direktor müavini Rafiq Alıyev açaraq tədbirlə bağlı qısa məlumat verdi və qonaqları təqdim etdi.         

Youthportal.az xəbər verir ki, bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək gəncləri qarşıdan gələn bayram münasibətilə təbrik etdi və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və fəaliyyətindən danışaraq qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı bir daha təsdiq etdi ki, gənclər Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməlidir. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.Bunun üçün də hər bir gənc üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.             Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin gənclər siyasəti,idarənin könüllüsü Namaz Kərimov müasir gənclərin tariximizə və milli-mənəvi dəyərlərimizə münasibəti barədə çıxış etdilər.             Sonra idarənin könüllüləri tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş videoçarx şagirdlərə təqdim olundu.    

Tədbirə Peşə Liseyinin direktor müavini Rafiq Alıyev yekun vuraraq şagirdlər adından Gənclər və İdman İdarəsinə  minnətdarlığını  bildirdi.

 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook